ELM VƏ TEXNOLOGİYA


Gənc mütəxəssislərimiz Qazaxıstanda kənd təsərrüfatı bitkilərinin diversifikasiyası ilə bağlı kurs keçiblər

A+ A

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Botanika İnstitutunun gənc mütəxəssisləri Xanım Həsənova və Xatirə Qasımova Qazaxıstanın Almatı şəhərində Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCBA) və İslam İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Kənd təsərrüfatı bitkilərinin diversifikasiyası və iqlim dəyişkənliyinə uyğunlaşması: yeni duzadavamlı sortların alınması və kənd təsərrüfatı istehsalının optimallaşdırılması üçün modelləşdirmə” mövzusunda keçirilən kursda iştirak ediblər.

Botanika İnstitutundan AZƏRTAC-a bildiriblər ki, kurs bitkilərin diversifikasiyasına və genetik resursların yaxşılaşdırılmasına, taxıl və yem bitkilərinin məhsuldarlığının qiymətləndirilməsi üçün kənd təsərrüfatında mühitin modelləşdirilməsinə, kənd təsərrüfatı məhsullarının optimallaşdırılması üçün regional monitorinqin aparılmasına və quraqlığın erkən xəbərdarlıq sisteminin öyrənilməsinə həsr edilib.

Kurs müddətində dünyanın müxtəlif ölkələrindən İCBA-ya üzv olan peşəkar mütəxəssislər tərəfindən “DsSAT”, “CropSyst”, “SVAT”, “SİBUC”, “LCM” modellərinin tətbiqinə aid texniki təlimlər keçirilib. Həmçinin dəyişkən iqlim şəraitində kənd təsərrüfatı məhsullarının optimallaşdırılması yolları, o cümlədən Mərkəzi Asiya və Cənubi Qafqazda duzadavamlı yeni kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.