REGİONLAR
Gənc nəsil Ümummilli Liderin həyat və fəaliyyətinə böyük maraq göstərir
Gəncə, 29 mart, AZƏRTAC
Gəncədəki Heydər Əliyev Mərkəzində ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün Ümummilli Liderimizin zəngin irsinin öyrənilməsi məqsədilə təşkil olunan açıq dərslər davam edir.
AZƏRTAC xəbər verir ki, martın 29-da keçirilən məşğələdə şəhərdəki 28 nömrəli orta məktəbin 42 nəfər şagirdi iştirak edib. Əvvəlcə məktəblilər Mərkəzə ekskursiya edib, dahi rəhbərin həyat və siyasi fəaliyyətini əks etdirən guşələrə baxıblar.
Açıq dərsdə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbin tarix müəllimi Şəhla Paşayeva “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda çıxış edərək, dahi şəxsiyyətin xalqımız qarşısında göstərdiyi misilsiz xidmətlərindən, o cümlədən Azərbaycanda həyata keçirilən neft strategiyasından və onun bəhrələrindən danışıb.
Məşğələnin sonunda tarix müəllimi şagirdləri maraqlandıran suallara cavab verib.