ELM VƏ TƏHSİL
Gənc nəslin təlim-tərbiyəsində müəllimin və məktəbin böyük rolu var
Bakı, 5 oktyabr, AZƏRTAC
Binəqədi rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Xəzər Universitetinin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı və başqaları müəllimlik peşəsinin məsuliyyətli və şərəfli olduğunu qeyd ediblər. Vurğulanıb ki, Azərbaycanda gənc nəslin təlim tərbiyəsində müəllimin və məktəbin rolu böyükdür.
Sonra təhsil sahəsində qazanılan uğurlara və rayonun ictimai həyatında fəal iştirakına görə bir qrup təhsil işçisi fəxri fərmanla təltif olunub.
Xəzər Universitetinin kamera orkestri klassik musiqi proqramı ilə çıxış edib.