İDMAN
Gənc qənnadıçıların birinci Avropa Oyunlarına həsr edilən festivalı keçiriləcək
Bakı, 25 may, Zərəngiz Mansurova, AZƏRTAC
Mayın 29-da Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) birgə təşkilatçılığı ilə 12 nömrəli Bakı peşə liseyində təhsil alan gənc qənnadıçıların respublika festivalı keçiriləcək. Festival “Bakı-2015” birinci Avropa Oyunlarına həsr ediləcək.
AMKA-nın prezidentı Tahir Əmiraslanov AZƏRTAC-a bildirib ki, birinci Avropa Oyunları münasibətilə bir neçə festivalın keçirilməsi nəzərdə tutulur. Festivallara hazırlıq ərəfəsində həm də 28 may - Respublika Günü qeyd olunacaq.
T.Əmiraslanov diqqətə çatdırıb ki, iyulun 20-də Şəkidə II Beynəlxalq Şirniyyat Festivalı keçiriləcək. Azərbaycanın 22 kənd və şəhərindən, eyni zamanda xarici ölkələrdən də festivala nümayəndələr dəvət olunacaq.