MƏDƏNİYYƏT


Gənc rejissor Azər Quliyevin filmi beynəlxalq festivalda nümayiş olunur

Bakı, 28 iyul, AZƏRTAC 

Gənc rejissor Azər Quliyevin “Pa-Pa” adlı qısametrajlı filmi Qazaxıstanın 13-cü Avrasiya Beynəlxalq Film Festivalının rəsmi müsabiqə proqramında nümayiş olunur.

AZƏRTAC xəbər verir ki, 14 dəqiqəlik film gənc oğlanın yaşadıqlarından bəhs edir. Anası ilə çətin münasibətlər fonunda gənc oğlan yaşadığı evi tərk etmək qərarına gəlir. Uşaqlıqdan atasız böyüyən gəncin bir məqsədi var – ata yurduna getmək və atasının ailəsini tərk etməsinin səbəbini öyrənmək.

Qeyd edək ki, Avrasiya Beynəlxalq Film Festivalı bu gün başa çatacaq.

Məlumat üçün bildirək ki, Azər Quliyev 1997-ci ildə anadan olub. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.