MƏDƏNİYYƏT


Gənc rejissor Namiq Zeynalov psixoloji film çəkib

Bakı, 7 iyun, AZƏRTAC

Gənc rejissor Namiq Zeynalov psixoloji mövzuda “Xülya” adlı qısametrajlı bədii film çəkib. Rejissor “facebook” səhifəsində filmin tezliklə tamaşaçılara təqdim olunacağını bildirib.

AZƏRTAC xəbər verir ki, film fiziki qüsuru, psixoloji problemləri olan insanın həyata baxışından bəhs edir. Onun hazırkı durumunda baş verən hadisələr bəzən doğmaları tərəfindən belə normal qarşılanmır.

Mərhum rejissor Şahin Zəkizadənin xatirəsinə ithaf olunan filmin ssenari müəllifi gənc yazıçı Rüstəm Musayevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.