MƏDƏNİYYƏT


Gənc şair və yazıçılar Mikayil Müşfiqin rəmzi  məzarına - Xəzər dənizinə gül səpiblər

Bakı, 5 may, Aynur İsmayılova, AZƏRTAC 

Mayın 5-də Azərbaycan Yazıçılar Birliyi və Ədəbi Gənclər Birliyinin təşkilatçılığı ilə şair Mikayıl Müşfiqin anım günü keçirilib. Mərasimdə respublikanın tanınmış qələm sahibləri, ictimaiyyət nümayəndələri, musiqiçilər və başqaları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə M.Müşfiqin həyat və yaradıcılığı barədə məlumat verilib, qonaqlar Müşfiq poeziyasının məziyyətlərindən, ona olan ümumxalq məhəbbətdən danışıblar.

Sonra tədbir iştirakçıları Xəzərin sahilinə gələrək, dənizə tər qərənfillər səpiblər. Xatirəsi ürəklərdə olan şairin məzarı bilinmədiyi üçün hər il olduğu kimi bu il də onun rəmzi məzarı olan Xəzər, təlatümlü illərin acı xatirəsini ürəyində saxlayırmış kimi sakit-sakit dalğalanırdı.

M.Müşfiqin xatirəsi isə əbədi ürəklərdə yuva qurub, sonsuzadək yaşayacaq!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.