MƏDƏNİYYƏT
Gənc solistlərin premyera konserti maraqla qarşılanıb
Bakı, 24 dekabr, AZƏRTAC
R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Gənc solistlərin premyera konserti” adlı konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, musiqili gecədə dünya şöhrətli argentinalı bəstəkar Astor Pyazzollanın tanqo musiqiləri ilə yanaşı, italiyalı bəstəkar Antonio Vivaldinin “İlin fəsilləri” adlanan klassik musiqi əsəri səslənib.
Bundan başqa, respublikanın tanınmış gənc ifaçıları tərəfindən dünya bəstəkarlarının klassik musiqi əsərləri ifa olunub.
Konserti gənc solistlərdən ibarət Bakı Solistləri Ansamblı müşayiət edib.
Bir-birindən maraqlı klassik musiqi nömrələrinin təqdim olunduğu konsert proqramı maraqla qarşılanıb.
Qeyd edək ki, layihənin rəhbəri gənc musiqişünas Emin Hüseynovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]