MƏDƏNİYYƏT
Gənc yazıçılar üçün ssenari kursları
Bakı, 24 yanvar, Z.Mansurova, AZƏRTAC
Gənc yazıçılar üçün 3 ay müddətinə ssenari kursları təşkil olunacaq.
Tanınmış yazıçı, AYB-nin katibi İlqar Fəhmi AZƏRTAC-a bildirib ki, ssenari kurslarının iştirakçıları ümumi nəzəri biliklərə yiyələnəcəklər. Kurslarda iştirak etmək istəyənlər üçün yaş məhdudiyyəti yoxdur.
O bildirib ki, ssenari kurslarının dinləyiciləri üçün seminarlar bir neçə istiqamətdə aparılacaq. İlkin mərhələdə filmin ideyasının qoyulması və bədii həllinin müəyyənləşdirilməsi, süjet xəttinin inkişaf üsulları haqqında məlumatlar veriləcək.
Hər həftənin şənbə günü təşkil ediləcək kurslarda iştirak edənlərə sonda sertifikatlar veriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [16:31]
"Xalqın mədəni sərvəti" layihəsi davam edir
- 19.03.2024 [16:21]
İçərişəhərdə bərpa olunmuş nadir fotolardan ibarət sərgi açılıb
- 19.03.2024 [15:47]
“Ulduz” jurnalının bu il üçün ilk sayı çapdan çıxıb
- 19.03.2024 [14:23]
"Qədim Şabran" abidəsində Novruz şənliyi VİDEO
- 19.03.2024 [13:29]
Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar
- 19.03.2024 [12:08]
Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb
- 19.03.2024 [12:00]