İDMAN
Gənc yunan-Roma güləşçilərimiz Batumidən 2 medalla qayıdırlar
Bakı, 15 may, AZƏRTAC
Batumidə dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında turnirdə iştirak edən yığmamızın üzvləri 1 gümüş və 1 bürünc medala sahib olublar.
Yalnız final görüşündə uduzan Zülfüqar Əliyev (50 kq) gümüş medalla kifayətlənib. Bürünc medalı isə 60 kiloqram çəkidə mübarizə aparan Kamran Mirzəliyev qazanıb.
Digər güləşçimiz Sayqidmaqomed Ömərov (96 kq) isə turniri beşinci sırada tamamlayıb.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Zakir Məmmədov təmsil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:08]
Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar
- 29.03.2024 [17:38]
Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb
- 29.03.2024 [16:52]
“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]
Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik
- 29.03.2024 [14:19]