REGİONLAR


Gəncə “ASAN xidmət” mərkəzinin əməkdaşları Naftalanda vətəndaşlara səyyar xidmət göstərib

A+ A

Naftalan, 21 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Noyabrın 7-dən 21-dək Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Gəncə “ASAN xidmət” Mərkəzinin əməkdaşları tərəfindən Naftalanda vətəndaşlara səyyar xidmət göstərilib.

AZƏRTAC xəbər verir ki, 30-a yaxın səyyar xidmətdən, ümumilikdə, 1500-dən çox vətəndaş yararlanıb.

Qeyd edək ki, səyyar “ASAN xidmət”in həyata keçirilməsində əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.