Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 2017-ci il iyulun 16-da səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Tapdıq Şükür oğlu Mahmudov,

Çingiz Böyükxan oğlu Məmmədov.

2. 2017-ci il iyulun 28-də səlahiyyət müddəti bitən aşağıdakı hakimlər Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Şəfiqə Musa qızı Əliyeva,

Əlizamin Gülzalı oğlu Abdullayev.

3. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Gəncə Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:

Nuru Nadir oğlu Quliyev,

Ədil İsa oğlu Məmmədov.

4. Bu Qərarın 1-ci bəndi 2017-ci il iyulun 16-dan, 2-3-cü bəndləri 2017-ci il iyulun 28-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                    O.Əsədov

Bakı şəhəri, 30 iyun 2017-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin