REGİONLAR


Gəncə Beynəlxalq Hava Limanından ilin birinci yarısında 42 min 500 nəfər sərnişin daşınıb

A+ A

Gəncə, 25 iyul, AZƏRTAC

Gəncə Beynəlxalq Hava Limanından 2016-cı ilin birinci yarısında hava nəqliyyatı ilə 42 min 500 nəfər sərnişin daşınıb, 568,5 ton yük göndərilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətində 2016-cı ilin birinci yarısında şəhərin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında məlumat verilib.

Bildirilib ki, hava limanında altı ayda 518 uçuş həyata keçirilib. Bunun da 80 faizə yaxınını beynəlxalq uçuşlar təşkil edib.

Qeyd edək ki, hazırda Gəncə Beynəlxalq Hava Limanından Moskva, Sankt-Peterburq, İstanbul şəhərlərinə, eləcə də Gəncə-Bakı-Naxçıvan reysləri ilə uçuşlar həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.