MƏDƏNİYYƏT
Gəncə Dövlət Dram Teatrı beynəlxalq festivalda uğurla çıxış edib
Bakı, 31 mart, AZƏRTAC
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının kollektivi Türkiyənin Merzifon şəhərində Rusiya, Ukrayna, Gürcüstan və digər ölkə teatrlarının iştirak etdiyi ənənəvi beynəlxalq teatr festivalına qatılıb.
Bu barədə AZƏRTAC-a teatrın direktoru, Əməkdar Mədəniyyət İşçisi Əli Qasımov məlumat verib.
Belə ki, sənət ocağının yaradıcı kollektivi festivala Əməkdar Artist Novruz Cəfərovun quruluşunda hazırlanan Əməkdar İncəsənət Xadimi, dramaturq Əli Əmirlinin “İyirmi ildən sonra” əsərinin tamaşası ilə qatılıblar. Tamaşada əsas rolları Xalq Artisti Pərvanə Qurbanova, Əməkdar Artist Novruz Cəfərov və rejissorun özü ifa edib.
Festival çərçivəsində teatrın kollektivi xüsusi diplomla mükafatlandırılıb.
Qeyd edək ki, müəllifin 1994-cü ildə qələmə aldığı bu əsər ilk dəfə Dövlət Gənclər Teatrında istedadlı rejissor Hüseynağa Atakişiyevin quruluşunda tamaşaya qoyulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]