REGİONLAR
Gəncə Dövlət Filarmoniyası tezliklə sakinlərin ixtiyarına veriləcək
Gəncə, 22 avqust, AZƏRTAC
Yaxın vaxtlarda Gəncədə daha bir mədəniyyət obyekti şəhər sakinlərinin ixtiyarına veriləcək. Bu, inşasına 2012-ci ildə başlanılmış Gəncə Dövlət Filarmoniyasıdır.
AZƏRTAC xəbər verir ki, binada tikinti işləri başa çatmaq üzrədir. Burada 1050 tamaşaçı yeri olan konsert zalı, açıq havada yay kinoteatrı, rəsm qalereyası, urban mərkəzi, baxış qülləsi, eləcə də iaşə obyektləri, yeraltı qaraj və digər yardımçı sahələr fəaliyyət göstərəcək. Altı mərtəbəli binanın hündürlüyü qüllə ilə birlikdə 26 metrdir. Filarmoniya binasının qarşısını isə Azərbaycanın musiqi korifeylərinin heykəlləri bəzəyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:49]
Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]