MƏDƏNİYYƏT


Gəncə Dövlət Kukla Teatrı yeni mövsümü “Səlim və sehrbaz” tamaşası ilə açıb

Bakı, 24 sentyabr, AZƏRTAC

Gəncə Dövlət Kukla Teatrı özünün 31-ci teatr mövsümünü Sahib İbrahimlinin “Səlim və sehrbaz” tamaşası ilə açıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar Artist Fərmail Paşayev, quruluşçu rəssamı Sara Məmmədovadır.

Əsas rollarda gənc aktrisa Nərmin Şərifova, Əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov, aktyorlar Elmar Vəliyev, Nahidə Namazova, Yeganə Məmmədova, Səməd Xanəhmədov çıxış ediblər.

Tamaşa 3-8 yaş arası uşaqlar üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.