REGİONLAR


Gəncə Dövlət Universiteti ilə İstanbul Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanacaq

A+ A

Gəncə, 24 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

İstanbul Universitetinin rektoru Mahmut Ak və mühəndislik fakültəsinin dekanı Mehmet Bilgin Gəncə Dövlət Universitetinin (GDU) qonağı olublar.

AZƏRTAC xəbər verir ki, GDU-nun rektoru Yusif Yusibov qonaqlara rəhbərlik etdiyi təhsil müəssisəsi, universitetin yaranma tarixi və bugünkü inkişaf istiqamətləri haqqında məlumat verib. Rektor ali təhsil müəssisəsinin Türkiyə və digər xarici ölkələrin universitetləri ilə dostluq münasibətlərindən, elmi əməkdaşlıq imkanlarından və müəllim-tələbə mübadiləsindən söz açıb.

Sonra keçirilən “dəyirmi masa”da qarşılıqlı əlaqələr müzakirə olunub, yaxın vaxtlarda hər iki universitet arasında imzalanacaq əməkdaşlıq müqaviləsinin istiqamətləri nəzərdən keçirilib.

Qonaqlar tədris binalarını gəzib, universitetdə yaradılan şəraitlə və tədris prosesi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.