REGİONLAR


Gəncə Dövlət Universitetində “Açıq qapı” günü

Gəncə, 6 yanvar, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Universitetində semestr imtahanları ilə bağlı “Açıq qapı” günü elan edilib.

AZƏRTAC xəbər verir ki, övladlarının və yaxın qohumlarının semestr imtahanlarında iştirak etmək istəyənlər, valideynlər, həmçinin ictimaiyyət nümayəndələri universitetdə olublar.

Bildirilib ki, ali təhsilin ən mühüm mərhələlərindən biri də imtahan prosesinin düzgün təşkil olunması, tələbələrin bilik və bacarıqlarının üzə çıxarılması üçün lazımi şərait yaradılmasıdır. Bununla bağlı Gəncə Dövlət Universitetində imtahanların müasir dövrün tələblərinə uyğun şəkildə keçirilməsi məqsədilə bütün korpuslarda imtahan otaqları lazımi avadanlıqlarla təchiz edilib.

Universitetlə qısa tanışlıqdan sonra müxtəlif rayonlardan gəlmiş valideynlər, eləcə də tələbələrin yaxınları imtahan prosesini izləyiblər. Onlar imtahan prosesinin təşkilindən və obyektivliyindən razı qaldıqlarını deyib, tələbələr üçün belə bir şəraitin yaradıldığına görə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.