ELM VƏ TƏHSİL
Gəncə Dövlət Universitetində fiziki qüsurlu tələbələrə dəstək məqsədilə yeni mərkəz fəaliyyətə başlayacaq
Gəncə, 3 avqust, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” layihəsi çərçivəsində yeni mərkəz fəaliyyətə başlayacaq.
Bu barədə AZƏRTAC-a məlumat verən universitetin prorektoru Asif Cavadov deyib ki, həmin mərkəzə, əsasən Gəncə Dövlət Universitetində təhsil alan və əlilliyi olan tələbələr cəlb ediləcəklər. Qərb regionunda ilk olacaq mərkəzin yaradılmasında məqsəd fiziki qüsurlu tələbələrə dəstək olmaq, bir sıra müəssisə və təşkilatlarla əlaqələrin qurulmasında yardım etmək, onlara hüquqlarının və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsində kömək göstərməkdir. Mərkəz oktyabr ayının əvvəllərində fəaliyyətə başlayacaq.