REGİONLAR


Gəncə Dövlət Universitetində keçirilən semestr imtahanları yüksək səviyyədə təşkil olunub VİDEO

Gəncə, 22 iyun, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Universitetində təhsilin müxtəlif pillələrində əyani və qiyabi bölmələrdə müvafiq ixtisaslarda təhsil alan tələbələrin yay semestr imtahanının təşkili prosesini müşahidə etmək üçün “açıq qapı” günü təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “açıq qapı” günündə kütləvi informasiya vasitələri, təhsil üzrə ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, həmçinin valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, “açıq qapı” gününün təşkilində əsas məqsəd auditoriyalarda imtahanların gedişini izləmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunmasını müşahidə etməkdir.

Əvvəlcə “açıq qapı” gününün iştirakçılarına universitetdə imtahan prosesinin mövcud qaydalara və normativ sənədlərə uyğunluğu, eləcə də zəruri hazırlıq tədbirləri barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili, imtahanların gedişinə nəzarət, yarana biləcək problem və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə imtahan qərargahı, apelyasiya komissiyası və “qaynar xətt” yaradılıb.

Müşahidəçilər universitetdə fəaliyyət göstərən imtahan qərargahı, apelyasiya komissiyası və “qaynar xətt”in iş prinsipi ilə tanış olublar. Vurğulanıb ki, qərargahın yaradılmasında məqsəd imtahanların gedişində obyektivliyi və şəffaflığı, valideynlərin imtahan prosesinin bütün mərhələlərində fəal iştirakını təmin etmək, müəllim, tələbə və valideynlərə vaxtaşırı məlumat verməkdir.

Sonra seçmə fənlər üzrə keçirilən imtahanlarda universitetin iqtisadiyyat və idarəetmə, tarix-coğrafiya, pedaqoji, fizika və ümumi texniki fənlər fakültəsində təhsil alan 200 tələbənin biliyi qiymətləndirilib.

Sonda təhsil ekspertləri, media nümayəndələri imtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşüblər. Müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.