REGİONLAR


Gəncə Dövlət Universitetinin tədris korpusu yenidən qurulur

A+ A

Gəncə, 16 avqust, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Universitetində təhsilin keyfiyyətinin yüksəldilməsi, infrastrukturun yenilənməsi və maddi-texniki bazanın zənginləşdirilməsi istiqamətində görülən işlərə uyğun olaraq ali təhsil müəssisəsinin beşinci tədris korpusu müasir tələblər səviyyəsində yenidən qurulur.

AZƏRTAC xəbər verir ki, universitetin iki fakültəsinin yerləşdiyi dördmərtəbəli binada aparılan əsaslı təmir və yenidənqurma işlərinin 2016-2017-ci tədris ilinin ikinci yarısına qədər yekunlaşması planlaşdırılır.

Hazırda binanın həm daxilində, həm də həyətində işlər paralel şəkildə aparılır.

Təmir və yenidənqurma işlərindən sonra tədris binasında hər iki fakültəni təmin edəcək seminar və mühazirə otaqları, elektron kitabxana, sürətli internet, istilik sistemi, idman və iclas zalı olacaq.

Yenidənqurmadan sonra yalnız binanın daxili deyil, həyəti də universitetin professor-müəllim, həmçinin tələbələrinin zövqünü oxşayacaq, əsil istirahət zonasına çevriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.