REGİONLAR


Gəncə MDB-nin tarixi şəhərləri arasında ilk beşlikdə yer alıb

Bakı, 8 iyun, AZƏRTAC

Gəncə rusiyalı turistlər arasında populyarlığına görə, MDB-nin tarixi şəhərləri arasında ilk beşlikdə yer alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “TurStat” analitik agentliyinin yeni hesabatında məlumat verilib.

İlk beşlikdə, həmçinin Türküstan (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Buxara (Özbəkistan) və Taraz (Qazaxıstan) şəhərləri də var.

Hesabatda bildirilir ki, 2017-ci ildə MDB-nin mədəniyyət paytaxtı olan Gəncəyə hər il 400 mindən çox turist gəlir, onların böyük əksəriyyəti Rusiya vətəndaşlarıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.