CƏMİYYƏT
“Gəncə Qənnadı” ASC-nin anbarında baş verən yanğın söndürülüb
Bakı, 23 may, AZƏRTAC
Mayın 23-də gündüz saatlarında Gəncə şəhərinin Nizami rayonunda hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 6300 kvadratmetr olan beşmərtəbəli “Gəncə Qənnadı” ASC-nin anbarında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində “Gəncə Qənnadı” ASC-nin anbarının 3-cü mərtəbəsində 50 kvadratmetr sahədə plastik tullantılar yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının başvermə səbəbi araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]