CƏMİYYƏT
“Gəncə gənclərin gözü ilə” layihəsinin açılışı olub
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə “Gəncə gənclərin gözü ilə” layihəsinin açılışı olub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar keçirilən tədbirdə layihənin “Gəncə Avropa Gənclər Paytaxtı - 2016” kampaniyası çərçivəsində tədbirlər planına uyğun olaraq yerinə yetiriləcəyi qeyd edilib. Layihəyə qoşulan gənclərin “Gəncə gənclərin gözü ilə” adlı hazırlayacaqları reklam videoçarxları sosial şəbəkələrdə yayımlanacaq. Üç ay davam edəcək layihə çərçivəsində Bakı gənclərinin Gəncəyə ekskursiyasının təşkili də nəzərdə tutulur.
Layihənin əsas məqsədi “Gəncə Avropa Gənclər Paytaxtı - 2016” kampaniyası çərçivəsində bu şəhər haqqında geniş məlumatlandırma işlərinin aparılmasıdır. Buna görə də layihə çərçivəsində Bakıda və Gəncədə “Gəncə gənclərin gözü ilə” mövzusunda maarifləndirmə təlimləri və seminarlar da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]