REGİONLAR


Gəncə: məntəqə seçki komissiyaları referenduma tam hazırdır

A+ A

Gəncə, 7 sentyabr, Rauf Hacıyev, AZƏRTAC 

Konstitusiyaya təklif olunan dəyişiklik və əlavələrlə bağlı sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Gəncədə hazırlıq işləri başa çatıb.

AZƏRTAC xəbər verir ki, referendumda Gəncə şəhərindən 4 dairə üzrə, ümumilikdə, 146 min 720 seçici səsvermə hüququndan istifadə edə biləcək. 753 nəfər ilk dəfə səs verəcək. Artıq bütün məntəqələrə təşviqat materiallarının paylanılması başa çatdırılıb.

40 saylı Kəpəz II (Gəncə) seçki dairəsi dairə seçki komissiyasının sədri Urfan Nəsirov bildirib ki, referendumla əlaqədar olaraq, Konstitusiyanın ümumxalq səsverməsinə çıxarılan maddələrində dəyişikliklərin təsbit edilməsi haqqında müqayisəli təqdimat və referendum aktının layihəsi seçicilərə paylanılıb.

Urfan Nəsirov məntəqə seçki komissiyalarında bütün işlərin yüksək səviyyədə həyata keçirildiyini və məntəqələrin təmir olunaraq, hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.