MƏDƏNİYYƏT


Gəncə sakinləri üçün “Əli və Nino” filminə hədiyyə bilet aksiyası

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

Gəncə şəhərindəki premium kinoteatr “CinemaPlus Khamsa” hər kəsin gözlədiyi “Əli və Nino” filminə hədiyyə bilet aksiyası keçirir. Film Azərbaycan dilində nümayiş olunacaq.

“CinemaPlus” kinoteatrlar şəbəkəsindən AZƏRTAC-a bildirilib ki, aksiya noyabrın 1-dək etibarlıdır və həftənin bazar ertəsindən cümə axşamınadək keçirilir. Hədiyyə biletlərdən müəllimlər, həkimlər, hərbiçilər, tələbələr, 50 yaşdan yuxarı tamaşaçılar və fiziki imkanları məhdud olan insanlar yararlana biləcəklər.

Qeyd edək ki, “Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru “BAFTA” mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəlində Azərbaycanın Rusiya tərəfindən işğal edilməsi fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir. Çəkilişlər Bakının müxtəlif məkanlarında, o cümlədən tarixi İçərişəhərdə, Qobustan, Xınalıq, Gəncə və Gədəbəydə aparılıb.

Ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.