REGİONLAR


Gəncə şəhər Mərkəzi Kitabxansında “Amerika guşəsi” fəaliyyətə başlayıb

Gəncə, 20 iyun, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhər Mərkəzi Kitabxanasında “Amerika guşəsi”nin açılışı olub.

AZƏRTAC xəbər verir ki, müxtəlif profillər üzrə fəaliyyət göstərəcək guşənin açılması iki ölkə arasında dostluq əlaqələrini daha da inkişaf etdirəcək. Gələcəkdə isə burada film çəkmək üçün və rejissorluqla bağlı seminarlar təşkil olunacaq.

Səfir Robert Sekuta qeyd edib ki, burada ingilis dilini öyrənmək və təhsil proqramlarını mənimsəmək də mümkündür. Mərkəzə müraciət edənlər yalnız ABŞ-ın mədəniyyəti haqqında deyil, eləcə də elm, texnologiya və digər sahələrlə bağlı faydalı məlumatlar əldə edə biləcəklər.

Şəhər icra hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva Şərqin qədim elm və mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərində “Amerika guşəsi”nin açılmasını gəncəlilər üçün dəyərli töhfə olduğunu deyib.

Çıxışlardan sonra qonaqlar mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, “Amerika guşəsi” proqramına Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional “Amerika guşə”ləri daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.