İDMAN


Gəncə şəhər stadionunun əsas meydançasının ot örtüyünün dəyişdirilməsi prosesi davam edir

Bakı, 14 iyul, AZƏRTAC

Gəncə şəhər stadionunun əsas meydançasının ot örtüyünün dəyişdirilməsi prosesi davam edir. Mayın 11-dən başlanan işlər AFFA-nın vəsaiti hesabına İrlandiyanın SİS şirkəti tərəfindən aparılır.

AZƏRTAC xəbər verir ki, son tamamlama işlərinə - qumla torfun qarışdırılaraq əraziyə verilməsi və gübrə tökülməsindən sonra ot toxumlarının səpilməsinə başlanıb. Hollandiyadan gətirilən toxumların əkilməsi xüsusi texnikalarla bir gün ərzində həyata keçirilib.

Meydançaya səpini nəzərdə tutulan 2 çeşid ot toxumundan biri uğurla əkilib. Digər növün səpilməsi isə gələn aya planlaşdırılıb. Belə ki, ilk əkilən otlar 3-4 həftəyə çıxacaq, daha sonra isə 2 həftəyə boy verən otların sahəyə səpini olacaq.

Birinci mərhələdə meydana 160 kiloqram toxum verilib. Səpin işlərindən sonra mütəxəssislər tərəfindən ərazi ciddi nəzarətə götürülür, lazımı dərmanlar və gübrələr verilir.

SİS şirkətinin məsul nümayəndəsi Sinan Öztürkün verdiyi məlumata görə, bütün işlər qaydasında gedir və meydan oktyabra təhvil veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.