REGİONLAR


Gəncə şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 26 yanvar, AZƏRTAC

Aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar yanvarın 26-da 09:00-dan 18:00-dək Gəncə şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan işlərin Mingəçevir şəhərinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.