REGİONLAR
Gəncə və Göygöldə 3 yeni otel tikilir
Gəncə, 27 mart, Rauf Hacıyev, AZƏRTAC
Ölkəmizin turizm imkanları ilə seçilən qərb bölgəsində bu sahəni daha da inkişaf etdirmək üçün Gəncə və Göygöldə 3 yeni otel tikilir.
AZƏRTAC xəbər verir ki, Gəncə şəhərində inşa olunan yeddimərtəbəli “Majestic Palace” otelinin fasadında sonuncu mərtəbənin metal-şüşə konstruksiyasının quraşdırılması tamamlanmaq üzrədir. Otelin bu il istifadəyə verilməsi nəzərdə tutulub.
Orijinal layihəsi ilə Göygöl şəhərinə xüsusi yaraşıq verən müasir tipli otelin fasad hissəsində isə tikinti işləri yekunlaşıb. Bu il açılışı planlaşdırılan bina Göygöl şəhərinə gələn qonaqlar və turistlər üçün inşa olunan ilk oteldir.
Hacıkənd qəsəbəsində inşasına 2014-cü ildə başlanılan “ARFA” otelinin də tikintisi davam edir. Mehmanxana beş mərtəbədən və 50 otaqdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]