REGİONLAR


Gəncə və Qazaxda sahibkarlar üçün treninqlər keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı ilə Gəncə şəhər 3 saylı peşə liseyində gənclər üçün, Qazax nümayəndəliyinin təşkilatçılığı ilə Qazaxda sahibkarlar üçün treninqlər keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, "Biznes planların hazırlanması", "Üzümçülüyün inkişaf perspektivləri", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" və "İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın formalaşması və reallaşdırılması, biznes planların tərtibi, "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", üzümçülükdə məhsuldarlıq və səmərəliliyin yüksəldilməsi, İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə ətraflı məlumat verilib.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.