REGİONLAR
Gəncəbasar arıçıları bal süzümünə başlayıblar
Gəncə, 5 iyul, Rauf Hacıyev, AZƏRTAC
Bu il əlverişli keçən hava şəraiti min bir dərdin dərmanı olan balın ötən illə müqayisədə daha çox tədarük edilməsinə şərait yaradıb.
Artıq Gəncəbasar bölgəsində bal süzümünə başlanılıb. Dağlıq ərazilərdə isə bu iş iyulun sonuna planlaşdırılır.
Gəncə Arıçılıq Mərkəzinin direktoru Allahverdi Seyidov AZƏRTAC-a bildirib ki, ötən illərdə hər arı ailəsindən 5-8 kiloqram bal toplandığı halda, bu il belə ailələrdən 10-12 kiloqram məhsul götürmək imkanı var.
Allahverdi Seyidov deyib ki, yaz fəslində gecələr nisbətən yağmurlu, gündüzlər isə isti olub. Eyni zamanda, bu il günəbaxan əkini sahələri 10 dəfə genişləndirilib. Həmçinin bal mövsümü yaxınlaşdıqca bu bitkinin çiçəkləməyə başlaması arıların nektar toplamasına müsbət təsir göstərib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]