REGİONLAR
Gəncədə 254 nəfər daimi işlə təmin olunub
Gəncə, 6 fevral, Rauf Hacıyev, AZƏRTAC
Fevralın 5–də Gəncədə əmək yarmarkası keçirilib.
AZƏRTAC xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Gəncə şəhər Məşğulluq Mərkəzi tərəfindən Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının binasında təşkil edilən yarmarkada 60 idarə və müəssisə tərəfindən 746 iş yeri təklif olunub. Gün ərzində 724 nəfərə vakansiyalar üzrə göndəriş verilib. Günün sonuna olan məlumata görə, 254 nəfər daimi işlə təmin olunub.
Eyni zamanda, şəhər sakinləri öz istəklərinə uyğun olaraq kompyuter təmiri ustası, dərzi, ofisiant, bərbər, avtomobil təmiri üzrə çilingər və s. peşə hazırlığı kurslarına müraciət ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]