REGİONLAR


Gəncədə 5 nömrəli poliklinika əsaslı təmir edilib

A+ A

Gəncə, 30 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə Yaponiyanın qrant yardımı ilə əsaslı təmir olunan 5 nömrəli poliklinika istifadəyə verilib. Poliklinikanın açılışında Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ziyalılar, səhiyyə işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, poliklinikanın əsaslı təmiri bu il yanvarın 29-da Yaponiya səfirliyi ilə "Gələcəyə Körpü" Gənclər İctimai Birliyi arasında imzalanmış sazişə əsasən həyata keçirilib.

Açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, şəhərin Şeyxzamanlı qəsəbəsində əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədi ilə 5 nömrəli poliklinika əsaslı şəkildə yenidən qurularaq müasir tələblər səviyyəsində təmir olunub. Tibb müəssisəsi yeni avadanlıqlarla təchiz edilib. Vətəndaşlar poliklinikada keyfiyyətli səhiyyə xidmətindən yararlana biləcəklər.

Yaponiyanın səfiri Tsuquo Takahaşi isə vurğulayıb ki, 2000-ci ildən 2016-cı ilədək Yaponiya tərəfindən Gəncədə 14 layihə həyata keçirilib. Bu layihələr müxtəlif sahələri əhatə edib. Məqsəd insanların həyat şəraitini yaxşılaşdırmaq və onlara dəstək olmaqdır.

Tibb müəssisəsi ilə tanışlıq zamanı məlumat verilib ki, poliklinikada 65 nəfər çalışır. Gün ərzində 100 nəfər xəstə qəbul etmək imkanı olan poliklinika 23 min 490 nəfər sakinə xidmət göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.