REGİONLAR


Gəncədə “Ədəbi proses: dünən və bu gün” kitabının təqdimatı keçirilib

A+ A

Gəncə, 30 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Azərbaycan Yazıçılar Birliyi (AYB) Gəncə Bölməsinin təşkilatçılığı ilə Əməkdar Mədəniyyət İşçisi, şair, yazıçı-dramaturq, filologiya üzrə fəlsəfə doktoru Sahib İbrahimlinin “Ədəbi proses: dünən və bu gün” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində AYB-nin Gəncə Bölməsinin üzvləri - şairlər, yazıçılar, həmçinin jurnalistlər və ziyalılar iştirak ediblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova bildirib ki, kitabda müəllifin 45 il ərzində apardığı araşdırmaların nəticəsi toplanıb. Ədəbi prosesin son onilliklər ərzində keçdiyi inkişaf yolunu diqqətlə izləyən müəllif öz müsahibə və mülahizələrində ayrı-ayrı qələm adamlarının yaradıcılığına münasibətini açıqlamağa çalışıb.

Nəşrdə müəllif “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” məqaləsində Ümummilli Liderin ədəbiyyatımızın inkişafı istiqamətindəki fəaliyyətinə toxunub. Məqalədə istər sovet, istərsə də Azərbaycanın müstəqilliyi dövründə hakimiyyətdə olduğu illərdə ulu öndər Heydər Əliyevin Gəncə ədəbi mühitinin inkişafına böyük diqqət və qayğı ilə yanaşması önə çəkilib.

Bildirilib ki, Sahib İbrahimli bu kitabında tamamilə yeni səpkili, klassik və müasir ədəbiyyatın tanınmış nümayəndələri, eləcə də, istedadlı gəncləri haqqında diqqətəlayiq elmi təhlillər və araşdırmalar aparıb. Müəllif yeni kitabına aşıq sənəti, poeziya və nəsrlə yanaşı ədəbiyyatşünaslıq, publisistika, teatr və rəssamlıq sənəti ilə bağlı məqalələr, portret-oçerklər də daxil edib.

Sonra AYB-nin Gəncə Bölməsinin üzvləri çıxış edərək yeni əsər haqqında mülahizə və fikirlərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.