REGİONLAR


Gəncədə “Azərbaycan Könüllülük Xidməti” Yay məktəbi fəaliyyətə başlayacaq

A+ A

Gəncə, 7 iyul, Rauf Hacıyev, AZƏRTAC

“Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncədə Azərbaycan Könüllülük Xidməti (AKX) Yay məktəbi fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, iyulun 11-dən 14-dək davam edəcək yay məktəbi Prezident Yanında Gənclər Fondunun dəstəyi, Gənclər və İdman Nazirliyi, eləcə də Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə keçiriləcək.

Yay məktəbi ölkənin gənclər təşkilatlarının könüllülərinin mübadiləsini təşkil etməklə onların bu sahədəki təcrübələrini genişləndirmək, könüllülük dəyərlərini bölüşmək, həmçinin könüllülük sahəsinə verə biləcəkləri töhfələri üzə çıxarmaq məqsədilə həyata keçiriləcək.

Yay məktəbi zamanı dövlət rəsmilərinin iştirakı ilə Azərbaycanda könüllülüyün keçmiş təcrübəsi, könüllülüyün gələcək perspektivləri və gözləntilər, könüllülərin gənclər təşkilatlarına, irimiqyaslı dövlət tədbirlərinə cəlbi və onların rolu, beynəlxalq mühitdə könüllük təcrübəsi mövzuları ətrafında müzakirələr aparılacaq. Daha sonra yay məktəbi çərçivəsində iştirakçılara “könüllülük nədir?”, “könüllülərin cəlb olunması və idarə olunması”, “könüllülük sahəsində yerli və beynəlxalq sahədə təcrübə” mövzuları haqqında ətraflı məlumat veriləcək, seminarlar və təlimlər təşkil olunacaq.

İştirak hüququ qazanan gənclər yay məktəbi zamanı təlim-tədbir proqramından əlavə olaraq mədəni-idman proqramında da iştirak etmək şansı qazanacaqlar. Gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə mədəni-idman proqram çərçivəsində intellektual oyunlar, əyləncə proqramları, müsabiqələr, həmçinin iştirakçılar arasında şəhərin tarixi, mədəniyyəti, incəsənəti, təbliği və onların məlumatlılığının artırılması məqsədilə tur təşkil olunacaq. Yay məktəbinin sonunda iştirakçılar xüsusi şəhadətnamələrlə təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.