REGİONLAR
Gəncədə “Bələdçiyəm mən” onlayn turizm və bələdçilik xidməti layihəsi həyata keçiriləcək
Gəncə, 28 iyul, Rauf Hacıyev, AZƏRTAC
“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı ” İctimai Birliyi tərəfindən avqustun 18-dən 22-dək “Bələdçiyəm mən” onlayn turizm və bələdçilik xidməti layihəsi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci il 1-ci qrant müsabiqəsinin qalibi olan layihə çərçivəsində Azərbaycanın turizm bölgələrindən - Gəncə, Şəki, Lənkəran və İsmayıllıdan 14 gənc düşərgəyə qəbul ediləcək. Layihənin əsas məqsədi regionda yaşayan gəncləri bələdçilik işi ilə tanış edib, onlara bu sahədə bilik və bacarıqlar verməkdir.
Həmçinin sayt və sosial şəbəkələr vasitəsilə yerli və əcnəbi turistlərə Azərbaycanın bölgələrindəki bələdçi xidmətindən rahat və sərfəli seçim imkanı yaratmaqdır.