REGİONLAR


Gəncədə “Cənnət çiçəkləri” kitabı ictimaiyyətə təqdim olunub

A+ A

Gəncə, 30 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən oğullarına həsr edilən “Cənnət çiçəkləri” adlı kitab Gəncə şəhərində ictimaiyyətə təqdim edilib.

AZƏRTAC xəbər verir ki, kitab Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, həmçinin “Qayğı və Himayə” Fondunun təşkilatçılığı ilə nəşr olunub.

Tədbiri açan Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzangül Hüseynova “Cənnət çiçəkləri”nin ərsəyə gəlməsində xidməti olan tərtibçilərə minnətdarlığını ifadə edib və kitabın yazılma səbəbləri haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirilib ki, yeni çapdan çıxan “Cənnət çiçəkləri” Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı mərdliklə vuruşan, döyüşlərdə şücaət göstərən Vətən övladlarına, onların qəhrəmanlığına həsr olunub.

Sonra Gəncə ədəbi-mədəni mühitinin nümayəndələri çıxış edərək “Cənnət çiçəkləri”nin oxucular tərəfindən rəğbətlə qarşılanan kitab olacağına əminliklərini ifadə ediblər.

Sonda “Cənnət çiçəkləri” kitabında ədəbi nümunələri olan şairlər xüsusi “diplom”la təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.