Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Gəncədə “Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilir VİDEO

Gəncədə “Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilir VİDEO

Gəncə, 2 may (AZƏRTAC). Mayın 2-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş Gəncə Şəhər İcra Hakimiyyətinin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun və AMEA-nın Gəncə Bölməsinin birgə təşkilatçılığı ilə “Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda Beynəlxalq elmi-praktik konfrans öz işinə başlamışdır.

AZƏRTAC xəbər verir ki, Gəncə şəhərindəki möhtəşəm Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.

Mərkəzin iclas salonunda keçirilən konfransı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq belə bir mötəbər beynəlxalq tədbirin Azərbaycanın bu qədim şəhərində keçirilməsini əlamətdar hadisə adlandırmış və bunu tarixin bütün dönəmlərində xalqının xilaskarı olan dahi şəxsiyyət Heydər Əliyevə məhəbbətin ifadəsi kimi dəyərləndirmişdir. Qeyd etmişdir ki, bu günlər nəinki ölkəmizdə, eyni zamanda, Vətənimizin hüdudlarından kənarda da ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə dahi şəxsiyyətin Azərbaycan dövlətinin çiçəklənməsi naminə gördüyü işlər bir daha yada salınır. Xüsusilə Ulu Öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra ölkədə hökm sürən xaos və anarxiyanın qarşısının alınmasında apardığı çevik siyasət hər bir azərbaycanlının qəlbində silinməz iz buraxmışdır.

Elmar Vəliyev ərazi iddiası əsasında Azərbaycana qarşı müharibə aparan Ermənistan ilə atəşkəsin əldə olunmasının əhəmiyyətindən danışarkən təəssüflə bildirmişdir ki, beynəlxalq təşkilatlar hələ də işğalçı dövlətin bu təcavüzkar hərəkətlərinə göz yumurlar. BMT-nin qəbul etdiyi 4 qətnamənin icrasız qalması bu ədalətsizliyə nümunədir. Lakin gündən-günə öz iqtisadi qüdrətini yüksəldən, Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində nəinki bölgədə, eləcə də dünya ölkələri arasında ən sürətlə inkişaf edən Azərbaycan üzünün ərazi bütövlüyünü təmin edəcəkdir.

Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvü Valdis Zatlers çıxış edərək belə bir mötəbər tədbirdə, xüsusilə Heydər Əliyev kimi dahi şəxsiyyətin doğum həsr olunmuş konfransda iştirak etməsindən qürur duyduğunu bildirmişdir. O, dəfələrlə Azərbaycanda olduğunu, həmçinin iki dəfə Gəncəyə səfər etdiyini diqqətə çatdıraraq demişdir ki hər gəlişi onda böyük təəssürat yaratmışdır.

Azərbaycanda gedən sürətli inkişafa heyran qaldığını söyləyən Valdis Zatlers bu yüksəlişə, bu inkişafa görə bütün Azərbaycan xalqının dahi rəhbər Heydər Əliyevə borclu olduğunu söyləmişdir. Qonaq demişdir ki, keçmiş SSRİ dağıldıqdan sonra hansı respublikada layiqli lider oldusa, həmin ölkə inkişaf yoluna çıxdı və belə respublikalardan biri, mən deyərdim ki, birincisi elə Azərbaycan oldu. Buna görə də Azərbaycan xalqı fəxr etməlidir ki, onun Heydər Əliyev kimi ümummilli lideri vardır. Ümumiyyətlə, bir siyasi xadimi xarakterizə edərkən onun fəaliyyətini göz önünə gətirmək lazımdır. Əgər Azərbaycan bu gün davamlı və dayanıqlı inkişafdadırsa buna görə bütün xalq liderinə minnətdardır. Onun qurduğu bu dövlətin möhkəmliyini nəinki indiki nəsil, gələcək nəsillər də hiss edəcəklər.

Dahi lider Heydər Əliyev həyatın elə bir sahəsi yoxdur ki, ora nüfuz edib, inkişafına diqqət və qayğı göstərməsin. Bu gün Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin, mədəniyyətinin inkişafı, mən deyərdim ki, dünya səviyyəsinə çıxmışdır. Bütün bunlar böyük öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bəli, hər bir xalqın fəxr etdiyi bir lideri olur. Bu baxımdan Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi lideri olmuşdur.

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov çıxışında Azərbaycanın davamlı və dayanıqlı inkişafında ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq demişdir ki, təhsil hər bir xalqın davamlı inkişafında əhəmiyyətli rol oynayır. 1980-ci ildə yaradılan Azərbaycan Texnologiya Universiteti bu gün özünün ən inkişaf etmiş dövrünü yaşayır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra respublikamız yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan texnoparklar yaxın gələcəkdə ölkə iqtisadiyyatının inkişafında əhəmiyyətli rol oynayacaqdır. Söz yox ki, həmin texnoparklar üçün yüksək ixtisaslı mütəxəssislər tələb olunacaqdır. Şübhəsiz, bu mütəxəssislərin yetişdirilməsi də Azərbaycan Texnologiya Universitetinin üzərinə düşür. Elə bu məqsədlə Azərbaycan Texnologiya Universitetində qabaqcıl iş təcrübəsi mənimsənilərək yeni-yeni ixtisasların tətbiqinə başlanılmışdır.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov müasir dövrün ən aktual məsələlərindən olan müasir informasiya-kommunikasiya texnologiyalarının inkişafı istiqamətində görülən işlərdən danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu gün həyatımızın elə bir sahəsi yoxdur ki, orada müasir texnologiyalar tətbiq olunmasın. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə bir çox yeniliklərə imza atmışdır. Artıq insanlar bu yeniliklərin bəhrəsini görürlər. Dövlətimizin başçısının təşəbbüsü və qayğısı ilə həyata keçirilən tədbirlər nəticəsində indi Azərbaycan əhalisinin 70 faizi internet xidmətindən yararlanır. Rəqəmsal televiziyanın tətbiqi davam edir, sabit telefon şəbəkəsi yaradılır. Artıq ucqar kəndlərdə də genişzolaqlı internet şəbəkəsi genişləndirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə “Azərspace-1” milli peykinin buraxılması bu sahədə olan inkişafımızın göstəricisidir. Artıq 2016-cı ildə yeni müşahidə peykinin buraxılması üçün hazırlıq işləri aparılır. Ümumiyyətlə, respublikada informasiya- kommunikasiya texnologiyalarının inkişafı üçün bir çox layihələrin icrasına başlanılmışdır. Bütün bunlar yaxın gələcəkdə Azərbaycanı bu sahədə daha da irəliyə aparacaqdır.

Konfransda Azərbaycan Respublikası təhsil nazirinin müavini Samir Vəliyev, Sankt-Peterburq Dövlət Telekommunikasiya Universitetinin professoru Gennadi Smorodin, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev, Kutaisi Dövlət Universitetinin departament rəhbəri Nino Dalidze, Doğu Akdeniz Universiteti rektorunun müşaviri Orxan Həsənoğlu çıxış edərək Heydər Əliyevin nəinki Azərbaycan xalqı qarşısında, eləcə də dünya siyasətindəki xidmətləri barədə ürək sözlərini demiş, onun bəşər tarixində bir şəxsiyyət kimi gördüyü işləri faktlarla diqqətə çatdırmışlar.

Konfrans müzakirə edilən məsələ elə bağlı bəyannamə qəbul etmişdir.

Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmuş, dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən guşələrə və fotoşəkillərə baxmışlar.

Mayın 3-də konfrans öz işini bölmə iclaslarında davam etdirəcəkdir.

 

Gəncədə “Davamlı inkişaf və texnoloji innovasiyalar” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub