Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gəncədə Frankofoniya bayramı qeyd olunub

Gəncə, 18 may, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Dövlət Universitetinin tələbələri dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını fransız dilində təqdim ediblər.

Fransanın Azərbaycandakı səfirliyinin dəstəyi və Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş “Biz gənc beynəlmiləlçilərik” adlı Frankofoniya bayramı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə Dövlət Dram Teatrında keçirilən bayram tədbirində universitetin rəhbərliyi, ali təhsil müəssisəsinin professor-müəllim heyəti, tələbə kollektivi, valideynlər və ictimaiyyət nümayəndələri, eləcə də Fransa səfirliyinin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Azərbaycan və Fransanın dövlət himnləri səsləndirilib.

Sonra iştirakçılara Frankofoniya bayramının tarixi və əhəmiyyəti haqqında məlumat verilib.

Bildirilib ki, Frankofoniya sözü ilk dəfə 1880-ci illərdə fransız coğrafiyaşünası Onezim Reklü tərəfindən fransız dilində danışan bütün insanları və ölkələri təyin etmək üçün işlədilib. Həmin vaxtdan başlayaraq Frankofoniya sözü bütün dünyada fransız dilini ana dili və yaxud ikinci dil olaraq istifadə edən insanların birliyini nümayiş etdirən bayram kimi qeyd edilib.

Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşı Jervez Matye diqqətə çatdırıb ki, dünya ölkələrində 900 milyondan çox insan Frankofoniya dəyərlərini bölüşür. Fransız dili Observatoriyası 2014-cü ildə nəşr etdiyi hesabatında 5 qitə üzrə fransız dilində danışan insanların sayının 274 milyon nəfər olduğunu qeydə alıb. Azərbaycanda bilavasitə fransız dilində danışan insanların yüz minə çatdığını deyən Jervez Matye bunu hər iki dövlət arasındakı çoxtərəfli münasibətlərin gələcək inkişafı üçün təqdirəlayiq hal kimi qiymətləndirib.

Bayram tədbirində çıxış edən Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov Azərbaycan-Fransa tarixi əlaqələrindən və hazırda ölkələrimiz arasındakı çoxtərəfli münasibətlərin mövcud vəziyyətindən danışıb. Bildirilib ki, hələ orta əsrlərdən başlayaraq Lonjümo, Jan Şardən, Aleksandr Düma kimi səyyah və diplomatik missiya üzvlərinin qeydlərində Azərbaycan haqqında zəngin məlumatlar öz əksini tapıb. Son orta əsrlərdən başlayaraq Azərbaycandakı əsilzadə ailələrinin övladlarına bir sıra elmlərlə yanaşı, fransız dili də tədris edilib. Beləliklə, fransız dilində sərbəst danışmaq həmin əsilzadə ailələrin övladları üçün yüksək mədəniyyətin göstəricisi kimi qəbul olunub. Həmçinin Azərbaycan bədii nəsrinin ilk nümunəsi olan “Rəşid bəy və Səadət xanım” hekayəsini İsmayıl bəy Qutqaşınlı fransız dilində yazıb. Bir sözlə, hər iki xalq məsafə etibarilə bir-birindən uzaq olsa da, tarixən onları bir çox ortaq dəyərlər - qədim və zəngin mədəniyyətə varislik, incəsənətə bağlılıq birləşdirib.

Hazırda Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi və mədəni əlaqələrin yüksək səviyyədə olduğunu deyən rektor hər iki dövlət arasındakı elm-təhsil əlaqələrinin, xüsusən Gəncə Dövlət Universiteti ilə Fransa universitetləri arasında qurulan münasibətlərin ildən-ilə inkişaf etdiyini vurğulayıb.

GDU-nun Xarici dillər fakültəsinin fransız dili ixtisasında 100-dən artıq tələbənin təhsil aldığını deyən Yusif Yusibov bildirib ki, hazırda Gəncə Dövlət Universiteti ilə Fransanın 3 ali təhsil müəssisəsi - “Strasburq-2”, Şampan Alven və Yuxarı Alzas universitetləri sıx əməkdaşlıq edirlər. Qarşılıqlı əlaqələr nəticəsində GDU ilə həmin universitetlər arasında akademik heyət üzvləri və tələbələrarası mübadilə həyata keçirilir, bir çox beynəlxalq proqramlar icra olunur, konfranslarda iştirak və səfərlər təmin edilir.

Rektor qeyd edib ki, bu cür münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə yaxın günlərdə universitetdə Aleksandr Düma Mərkəzi fəaliyyətə başlayacaq. Mərkəzin fəaliyyətə başlaması ilə fransız xalqının tarixi, ədəbiyyatı və mədəniyyəti daha yaxından öyrəniləcək və təbliğ ediləcək. Həmçinin mərkəzdə təşkil edilən kurslarda nəinki universitetin tələbələri, eləcə də ətraf rayonlardakı gənclər həmin mərkəzin fəaliyyətindən bəhrələnə biləcəklər.

Sonra Gəncə Dövlət Universiteti tələbələrinin ifasında fransız milli musiqiləri, rəqslər ifa olunub.

Frankofoniya bayramının sonunda dahi bəstəkar Üzeyir Hacıbəliyinin “Arşın mal alan” operettası tələbələr tərəfindən fransız dilində təqdim edilib və alqışlarla qarşılanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub