REGİONLAR


Gəncədə “Gənclər dini radikalizmə və ekstremizmə qarşıdır” mövzusunda konfrans keçirilib VİDEO

A+ A

Gəncə, 11 iyul, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən "Gənclər dini radikalizmə və ekstremizmə qarşıdır" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda gənclər, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. Tədbiri açan Gəncə Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi Samirə Həsənova Azərbaycandakı multikultiralizm ənənələri haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra çıxış edən "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirib ki, bu gün bütün dünyada din adı altında radikalizm və ekstremizm kimi qanunsuz fəaliyyətlərin həyata keçirilməsi, cəmiyyətin müxtəlif sosial təbəqələrindən olan insanların, xüsusilə də gənclərin bu proseslərdə alət kimi istifadə edilməsi cəhdləri açıq şəkildə ortadadır.

Fərid Şahbazlı qeyd edib ki, Azərbaycanda əhalinin təxminən 96 faizə yaxını İslam dininə etiqad edir, bununla yanaşı Azərbaycanda digər dinlərə inanan insanların da azad və müstəqil ibadəti üçün bütün şərait yaradılıb.

Konfransda daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə regional bölməsi üzrə nümayəndəsi Asif Əliyev, politoloq Əhməd Şahidov, eləcə də QHT, dini və ictimai qurumların, siyasi partiyaların təmsilçiləri çıxış edərək dini radikalizm və onun fəsadları barədə konfrans iştirakçılarına məlumat veriblər. Tədbirdə ölkəmizin dini tolerantlıq sahəsində dünyaya örnək olduğu, multikulturalizmin respublikamızda həyat tərzinə çevrildiyi diqqətə çatdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.