REGİONLAR


Gəncədə “Gənclər–innovasiyalar–kitabxanalar” mövzusunda konfrans işə başlayıb VİDEO

A+ A

Gəncə, 2 noyabr, Rauf Hacıyev, AZƏRTAC

“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində noyabrın 2-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının və Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gənclər–innovasiyalar–kitabxanalar” adlı Azərbaycan-Rusiya elmi-praktik konfransı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Məhsəti Gəncəvi Mərkəzində keçirilən konfransda Azərbaycan Milli Kitabxanasının, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının, bir sıra şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları və Rusiya Federasiyasının kitabxana-informasiya sahəsində tanınmış mütəxəssisləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Konfransı açan Gəncə Şəhər İcra Hakimiyyətinin müavini Sevda Qurbanəliyeva bildirib ki, tədbirin proqramına Azərbaycan və Rusiyanın bu sahədə yüksək təcrübəyə malik peşəkar mütəxəssislərinin birgə iştirakı ilə kitabxana informasiya sahəsinin müxtəlif fəaliyyət istiqamətlərinə dair diskussiyaların, interaktiv elmi debatların, “dəyirmi masa”ların keçirilməsi, qabaqcıl təcrübənin paylaşılması, yeniliklər tətbiq edilmiş kitabxanaların işi və aktual məsələlər üzrə müzakirələrin aparılması daxil edilib.

Eyni zamanda, konfrans çərçivəsində Azərbaycan və Rusiyanın müxtəlif profilli kitabxanaları arasında əməkdaşlığın qurulması və kitabxana-informasiya sahəsinə dair elmi mübadilənin aparılması nəzərdə tutulub. Bu məqsədlə rusiyalı mütəxəssislərin öz kitabxanalarında həyata keçirdikləri və uğur qazandıqları layihələrin Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan MKS-lərdə (Mərkəzləşdirilmiş Kitabxana Sistemi) reallaşdırılması imkanları öyrəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.