CƏMİYYƏT


Gəncədə “Graffitti Festival” təşkil olunub

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

“Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Gəncə şəhərində ilk dəfə “Graffitti Festival” keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu qurumun, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsi və Uşaq Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən festivalda gənclər rəsm bacarıqlarını nümayiş etdiriblər.

Festivalda “street art” həvəskarları beton lövhələr üzərində sprey rəngləyicilərlə rəsmlər çəkiblər. Tələbə və məktəblilər Gəncə şəhərinə aid rəmzləri rəsmlərlə nümayiş etdiriblər.

Festivalın keçirilməsinin əsas məqsədi məktəbli və gənclərin asudə vaxtlarının səmərəli təşkili, graffiti sənəti haqqında onları məlumatlandırmaq olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.