REGİONLAR


Gəncədə I Sosial Media Forumu keçiriləcək

Gəncə, 10 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə I Sosial Media Forumu adlı layihənin icrasına başlanılacaq.

AZƏRTAC xəbər verir ki, layihə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə həyata keçiriləcək.

Forum sosial media üzrə mütəxəssis və təlimçilər tərəfindən idarə olunacaq.

Layihənin əsas məqsədi son zamanlarda sosial şəbəkələrdə baş verən hadisələrin gənclər tərəfindən düzgün qiymətləndirilməsinə və gənclərin bu cür şəbəkələrdən düzgün istifadəsinə dəstək olmaqdır.

Təlimçilər gənclərə sosial medianın sirləri, sosial şəbəkələrdən düzgün istifadənin yolları ilə bağlı məlumat verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.