REGİONLAR


Gəncədə Litvadan olan nümayəndə heyəti ilə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub

A+ A

Gəncə, 24 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Noyabrın 24-də Gəncə Şəhər İcra Hakimiyyətində Litvadan olan nümayəndə heyəti ilə keçirilən görüşdə qarşılıqlı əməkdaşlığın yolları müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Litva Bələdiyyələr İttifaqının prezidenti, Druskininkay şəhərinin meri Rikardas Malinauskas, Litva Bələdiyyələr İttifaqının vitse-prezidenti, Paqeqai əyalətinin meri Virginiyus Komskis, Litva Bələdiyyələr İttifaqının müşaviri, Avropa İttifaqındakı təmsilçisi Lina Sabaitiene, Akmyane əyalətinin icraçı direktoru Aromeda Lausiene və Trakay şəhər bələdiyyəsinin deputatı Yelena Yosioniene iştirak ediblər.

Şəhər icra hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev qonaqlara 2016-cı ilin Avropa Gənclər Paytaxtı olan Gəncənin çoxəsrlik tarixi, zəngin mədəniyyəti və müasir sənaye potensialı barədə ətraflı məlumat verib.

Həmçinin görüşdə ali və orta təhsil məktəblərində yaradılan şəraitdən, universitetlərin beynəlxalq əlaqələrindən, eləcə də Gəncədə fəaliyyət göstərən istehsal müəssisələri və sənaye obyektlərindən də bəhs olunub.

Litva Bələdiyyələr İttifaqının prezidenti Rikardas Malinauskas ölkəsindəki sənaye, istehsal və xidmət sahələri, eləcə də iqtisadiyyatın digər sektorlarında görülən işlər haqqında danışıb.

Gəncə şəhərinin müasir inkişafından söhbət açan Rikardas Malinauskas Azərbaycan dövlətinin vətəndaşları üçün yaratdığı şəraiti yüksək qiymətləndirib.

Görüşdə qarşılıqlı əməkdaşlıq yolları müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.