REGİONLAR
Gəncədə Mətbuat evi ilin sonunadək istifadəyə veriləcək
Gəncə, 17 sentyabr (AZƏRTAC). Gəncədə Mətbuat evi inşa edilir. Gəncəçayın sağ sahilində tikilən bina 460 kvadratmetr ərazini əhatə edir.
Bu məkan istifadəyə verildikdən sonra qərb bölgəsinin jurnalistləri üçün mərkəz rolunu oynayacaq.
AZƏRTAC xəbər verir ki, beşmərtəbəli bina artıq informasiya- kommunikasiya texnologiyaları ilə tam təmin olunub. Burada sürətli internet şəbəkəsi yaradılıb. Bu, kütləvi informasiya vasitələrinin nümayəndələrinə məlumatları vaxtında ötürüb, vaxtında da qəbul etməyə imkan verəcək.
Bundan əlavə, mərkəzdə iş və istirahət otaqları, konfrans zalı və s. də fəaliyyət göstərəcək. Hazırda tikilinin fasad hissəsi xüsusi layihə əsasında keramika, qranit və rəngli şüşə ilə üzlənir. Binanın inşası ilə bərabər ətrafında abadlıq işləri də aparılır. Mətbuat evinin ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]