REGİONLAR


Gəncədə Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert təşkil olunub

A+ A

Gəncə, 19 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Sentyabrın 18-i həm Milli Musiqi Günü, həm də dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, milli operamızın banisi Üzeyir Hacıbəylinin ad günüdür.

AZƏRTAC xəbər verir ki, Gəncə şəhərində yerləşən Məhsəti Mərkəzində hər iki əlamətdar gün münasibətilə tədbir təşkil olunub.

Tədbirdə musiqisevərlərə Azərbaycan professional musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin zəngin və çoxşaxəli fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, bəstəkarın doğum günü 1995-ci ildən ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Milli Musiqi Günü kimi qeyd olunur.

Çıxışlardan sonra tədbir bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.