REGİONLAR
Gəncədə Mirzə Şəfi Vazehin internet portalı yaradılıb
Gəncə, 22 dekabr, Sabir Əliyev, AZƏRTAC
Görkəmli Azərbaycan ədibi və şairi Mirzə Şəfi Vazehin anadan olmasının 220 illik yubileyinin keçirilməsi ilə bağlı dövlətimizin başçısının müvafiq Sərəncamının icrası Gəncədə uğurla davam etdirilir.
Həmin tədbirlər planının davamı olaraq şairin internet portalı istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə yaradılan portalın təqdimat mərasimində çıxış edənlər yeni saytda ilkin olaraq ədibin həyat və yaradıcılığı barədə geniş məlumatın, şairin şeirlərindən ibarət kitabların, onun yaradıcılığı ilə bağlı fotoarxivin yerləşdirildiyini bildiriblər.
Gələcəkdə internet portalında Mirzə Şəfi Vazehin xarici ölkələrin arxivlərində saxlanan əlyazmalarının, eləcə də onun haqqında çap edilmiş digər nəşrlərin yerləşdirilməsi də nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]