REGİONLAR


Gəncədə “N” saylı hərbi hissədə “Açıq qapı” günü keçirilib VİDEO

A+ A

Gəncə, 11 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Qurban bayramı münasibətilə Gəncədə “N” saylı hərbi hissədə “Açıq qapı” günü keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə general-mayor Xaqani Cəbrayılov, polkovnik-leytenant Rasim Manafov, hərbi hissənin rəhbər heyəti, həmçinin gənc əsgərlərin valideynləri, ziyarətçilər, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.

Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra general–mayor Xaqani Cəbrayılov çıxış edərək qonaqlara hərbi hissənin yaranma tarixindən, döyüş yolundan danışıb. Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsinə göstərdiyi diqqət və qayğının nəticəsində hazırda Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib

Tədbirdə çıxış edən gənc əsgərlərin valideynləri hərbi hissədə yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Çıxışlarda Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına əminliklərini ifadə edilib.

“Açıq qapı” günündə Gəncə Qarnizonu Zabitlər Evinin ansamblı və hərbi hissənin bədii özfəaliyyət dərnəyi konsert proqramı ilə çıxış edib.

Rəsmi hissədən sonra tədbir iştirakçıları hərbi hissədə yaradılan şəraitlə tanış olublar.

Sonda iştirakçılar şəxsi heyətlə birgə nahar ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.