REGİONLAR


Gəncədə “Özəlləşdirmə: Yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçiriləcək

Bakı, 6 iyul, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyulun 7-də Gəncə şəhərində “Özəlləşdirmə: Yeni yanaşmalar və imkanlar” mövzusunda regional forum keçiriləcək.

Komitədən AZƏRTAC-a bildirilib ki, forumun əsas məqsədi mətbuat nümayəndələrinin geniş iştirakı ilə müvafiq bölgələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət əmlakının özəlləşdirilməsi prosesinin gedişatı, hazırda özəlləşdirməyə açıq olan sahələr, özəlləşdirmədəki yeni yanaşmalar və ölkədəki investisiya mühiti barədə məlumatlandırmaq, onların bu prosesdə iştirakını genişləndirməkdir.

Forumda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri, Gəncə-Qazax və Aran iqtisadi rayonlarından 70-dək sahibkarlıq subyekti, iş adamı və daşınmaz əmlak mütəxəssisləri iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.